Hadisə
Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası danışdı - VİDEO

Almaniyada ölən azərbaycanlının meyiti yaxınları tapılmadığına görə yandırılıb. İndi isə ailə üzvləri mərhumun külünü tələb edirlər.
Publika.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, söhbət Cəbrayıl sakini olan 47 yaşlı İlham Allahverdizadədən gedir.
Onun anası Adilə Allahverdiyeva bildirib ki, İlham 2014-cü ildə Almaniyaya köçüb. Onun sözlərinə görə, övladının həm böyrəklərində, həm də ürəyində problem olub. Yanvarın 11-də də insult keçirib və dünyasını dəyişib. Tək yaşadığına görə ölümündən çox gec xəbər tutulub.
Məsələ ilə bağlı Almaniyada yaşayan azərbaycanlı jurnalist Yeganə Əmiraslanova da bildirib ki, Almaniya qanunlarına görə, 10 gün ərzində meyitin sahibi, yaxınları tapılmırsa, onu yandırırlar. İstər meyitin, istərsə də külün ölkəyə gətirilməsi üçün tələb edilən sənədlərin tapılması da uzun və çətin prosesə çevrilib.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov da cənazənin ölkəyə gətirilməsi qaydalarını açıqlayıb.
Bütün sənədlər toplandıqdan sonra isə gətirilmə üçün tələb olunan məbləğin 3000 manat həcmində olan hissəsini dövlət ödəyir. Qalan hissə isə mərhumun yaxınları və həmin ölkədə yaşayan azərbaycanlıların yardımı ilə ödənilir. Cənazənin gətirilməsinə görə tələb edilən məbləğ ölkəyə görə dəyişir. ABŞ-nin müxtəlif ştatlarından gətirilən cənazəyə görə 10-12 min dollar, Almaniya və digər Avropa ölkələrindən isə 5-7 min avroya yaxın xərc çıxır.
Ətraflı süjetdə:

-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək