Bakıda kütləvi dava - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda kütləvi dava - VİDEO

Bakıda kütləvi dava olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən "PUB"ın həyətində baş verib.

Dava zamanı tərəflərdən biri bıçağa əl atıb və hadisə anının videogörüntüləri oradakı müşahidə kamerasında əksini tapıb.

Mələsə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı sorğuya cavabında bildirib ki, videogörüntülərdəki hallar araşdırma predmetidir.

"Ərazi polis orqanı araşdırır. Müvafiq ekspertizalar təyin edilib və əməli törədən şəxs müəyyən olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm