Gəncədə qapı arxasında qalan uşaqlar xilas edildilər
Bizi izləyin

Hadisə

Gəncədə qapı arxasında qalan uşaqlar xilas edildilər

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində iki nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm