Türkiyə polisinin nəfəs kəsən əməliyyatı: alman ananın 3 illik övlad həsrəti bitdi
Bizi izləyin

Hadisə

Türkiyə polisinin nəfəs kəsən əməliyyatı: alman ananın 3 illik övlad həsrəti bitdi

Almaniyada 3 il əvvəl əri tərəfindən qaçırılan və o zamandan oğlunu axtaran Anika Balın uşaq həsrəti bitib.

Publika.az xəbər verir ki, haqqında həbs qərarı çıxarılan Britaniya vətəndaşı Dale S. oğlu ilə tətilə getdiyi Antalyaya qayıtmazdan bir neçə dəqiqə əvvəl Türkiyə polisinin nəfəs kəsən əməliyyatı nəticəsində təyyarədə yaxalanıb. Göz yaşı tökən ana 3 ildən sonra hava limanında övladına qovuşub.

Bu arada səsini bütün dünyaya yayan Anika Ball sosial mediada qısa zamanda 28 milyon izləyiciyə çatıb. Onun izləyiciləri də Anika Balla birlikdə oğlunu axtarmağa başlayıblar. Anika Ball bütün ümidlərini itirdiyi halda, ötən həftə sosial media hesabından aldığı bir mesajla ümidləri yenidən canlanıb. Mesajın izləyicisi onun keçmiş həyat yoldaşı və oğlunun Antalyanın Alanya rayonundakı İncekum qəsəbəsində tətilə getdiyini bildirib.

Anika izləyicisinin göndərdiyi videodan keçmiş ərini tanıyıb. Anika Ball dərhal Antalyaya gedib . O, hava limanına enən kimi həbs qərarını göstərib və Türkiyə polisindən kömək istəyib. Polis kamera görüntüləri əsasında Dale S. və oğlunun Tailanda qayıtmaq üçün təyyarədə olduğunu müəyyən edib. Bir neçə dəqiqə sonra havaya qalxmağa hazırlaşan təyyarəyə gedən Türkiyə polisi Dale S-i saxlayıb. Loqan Ball hava limanında anasına verilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm