Hadisə
Müəllim narkotik satdı, həbsi bu qadağa ilə əvəz olundu
Böyük Britaniyanın Esseks şəhərində 36 yaşlı Stefani Şimanska gizlicə kokain satarkən polislər tərəfindən həbs edilib.
Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Kolçesterdə narkotik şəbəkəsini aşkar etmək üçün barlarda narkotik satıcıları ilə əlaqə saxlayıblar.
Şimanska narkotika paylayan cinayətkar dəstədə iştirakda ittiham olunub. O, Kolçesterdəki Altıncı Form Kollecində dərs deyirmiş, lakin həbs olunduqdan sonra istefa verib.
İttiham tərəfi Şimanska üçün 15 ay həbs, 80 saat ödənişsiz iş və zərərçəkmişlərə 156 funt sterlinq məbləğində dəymiş ziyanın ödənilməsini tələb edib. Lakin xüsusi komissiya Şimanskanın cinayətinin müəllimliklə bağlı olmadığını etiraf edib. Eyni zamanda, idarə heyətinin fikrincə, qadın ictimaiyyətin müəllimlik peşəsinə inamını sarsıdıb.
Şimanska təqsirini boynuna alıb, tələb olunan 80 saatı çalışıb və istintaqa kömək edib. Bunun sayəsində onun potensial həbsi müəllimlik qadağası ilə əvəz olunub.
Üç ildən sonra Şimanska bu qadağanın götürülməsi üçün müraciət edə bilər. Böyük Britaniya Təhsil Nazirliyinin əməkdaşı Sarah Baksi, “o, müəllimlik peşəsinə yenidən müsbət töhfə verə biləcəyi vaxt gələ bilər”, - deyə qeyd edib.
Cəmilə
-
Magazin120:30Məşhur meyxanaçı sevgilisini bıçaqlayıb? - ÖZÜ DANIŞDI/VİDEO
-
İdman20:12Hakimin nübahisəli qərarı kütləvi davaya səbəb oldu - VİDEO
-
Sosial20:00Saytların çökməsinə səbəb olan texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNDİ
-
İKT19:12Bakıda bəzi parkinqlərdə ödəmə sistemi ÇÖKDÜ - VİDEO
-
Sosial16:28Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO


































