Təyyarə hava boşluğuna düşdü: Bir nəfər öldü, 30-dan çox sərnişin...
Bizi izləyin

Hadisə

Təyyarə hava boşluğuna düşdü: Bir nəfər öldü, 30-dan çox sərnişin...

London-Sinqapur təyyarəsinin hava boşluğuna düşməsi nəticəsində turbulentlik nəticəsində 1 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Publika.az xəbər verir ki, Sinqapur Hava Yollarının məlumatına görə, enişdən bir neçə saat əvvəl Boeing 777 təyyarəsi hava boşluğuna düşüb.

Pilotlar təcili olaraq hərəkət istiqamətini dəyişərək Tailandın Banqkok şəhərinə eniş ediblər.

Şirkət Boeing 777-300ER-in göyərtəsində xəsarət alanların olduğunu və bir nəfərin vəfat etdiyini təsdiq edib.

Ümumilikdə təyyarədə 211 sərnişin və 18 ekipaj üzvü olub.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm