Qəbələdə AĞIR QƏZA: ölən və xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Qəbələdə AĞIR QƏZA: ölən və xəsarət alanlar var

Qəbələdə zəncirvari yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirilib ki, iyunun 15-də saat 18 radələrində Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi “Mercedes Vito” və Elşən Əliyevin idarə etdiyi yük avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 2005-ci il təvəllüdlü əcnəbi vətəndaş Alqahtani Reem Abdullah aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, həmin nəqliyyat vasitəsindəki daha 3 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm