Hadisə
Avtoxuliqanlıq edən sürücü inzibati həbs edildi - Foto
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.
Lakin sürücü, Hacıqabul rayon sakini Alim Əzizov tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi məlum olub.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə A.Əzizov sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.
-
Sağlamlıq11:10
Sağalmaq üçün qəbul edirik, amma zəhərləyir: Spirtli, enerji içkiləri ilə...
-
İqtisadi gündəm10:20
Azərbaycanda vergi güzəştləri gözlənilir: 2025-ci ilin yanvarın 1-dən etibarən...
-
Nəqliyyat09:38
Bakıda aşan yük maşınına görə bağlanan yol açıldı - FOTO/YENİLƏNDİ
-
Yaxın Şərq09:33
Zeynəb də öldürüldü: Qardaşı şəhid olanda demişdi ki...
-
Hadisə08:50
Faciəvi şəkildə ölən Arzunun FOTOLARI
-
Sağlamlıq07:35
Ömrü uzadan qidalar - SİYAHI
-
İKT06:46
"Android" cihazları fişinq xarakterli mesajlardan necə qorumaq olar? - VİDEO
-
Magazin206:16
Bakıya birlikdə gəldiyi ispan sevgilisinə ərə gedir