Hadisə
Avtovağzalın qarşısında bıçaqlanma - Həbs edilən var
Dünən səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalının qarşısında bıçaqlanma olub.
Publika.az xəbər verir ki, saat 06:45 radələrində avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu avtovağzal kompleksinin yaxınlığında “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlu ilə mübahisə edib.
Yol hərəkəti qaydaları ilə bağlı yaranmış mübahisə zamanı E.Bayramov əlindəki kəsici alətlə minik maşınının sürücüsünün qarın nahiyəsinə vurub. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.
E.Bayramov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
-
ABŞ19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial17:29Xalq artisti vəfat etdi
-
Dünya17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı




































