Dünya
Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
Hörmüz boğazında uzun müddət davam edən gərginlik bazarda riskləri artırmağa davam edir.
Publika.az “Haber 7”yə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, gündəlik 15 milyon barel axını pozularsa, ehtiyatlar 90 gün ərzində tükənə bilər və bu da neft qiymətlərinin 150 dollara çatma ehtimalını gücləndirir.
Enerji məsələləri üzrə ekspert Altuğ Karataş iddia edir ki, ABŞ-ın Hörmüz boğazında blokada prosesinə başlayacağını açıqlaması ilə böhran yeni mərhələyə qədəm qoyub:
“Bu, yalnız neft və təbii qaz böhranı deyil. Hörmüz boğazından keçən axın enerji, sənaye və müdafiə istehsalını qidalandıran əsas xəttdir. Körfəz bölgəsi kükürd, sulfat turşusu, alüminium və neft-kimya ara məhsulları, sursat istehsalından ağır sənayeyə qədər vacib sahələr üçün önəmlidir. Buna görə də Hörmüz boğazındakı hər hansı bir pozuntu, xüsusən də müdafiə sənayesinin dayanıqlılığına birbaşa təsir göstərir”.
Onun sözlərinə görə, böhranın ilk mərhələsində artım əsasən sığorta və logistika xərclərində hiss olunacaq.
Karataş hesab edir ki, bu ssenaridə Brent markalı neftin qiymətinin 150 dollara çatması real görünür. O, həmçinin qeyd edib ki, baş verənlər qlobal enerji sisteminin yenidən formalaşmasına gətirib çıxaracaq.
Müəllif: Roza
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq




















.jpg)










