Hadisə
Tanınmış klinikada xəstə əməliyyat zamanı öldü: Cərrah saxta imiş
Moskvada plastik əməliyyat etdirmək istəyən 39 yaşlı qadın klinikada dünyasını dəyişib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə paytaxtın Krasnoproletarskaya küçəsindəki tanınmış klinikalardan birində baş verib.
Məlumata görə, 39 yaşlı qadın çiyin nahiyəsinin konturunu düzəltdirmək (braxioplastika) üçün həkimə müraciət edib. Əməliyyatdan öncə xəstəyə ağrıkəsici olaraq "lidokain" vurulub. İnyeksiyadan dərhal sonra qadının vəziyyəti pisləşib. Məlum olub ki, onda dərman preparatına qarşı anafilaktik şok yaranıb. Hadisə yerinə təcili yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar zamanı daha bir sarsıdıcı fakt üzə çıxıb. Belə ki, proseduru həyata keçirən mütəxəssisin həmin klinikada kabinet icarəyə götürdüyü və bu növ tibbi fəaliyyətlə məşğul olmaq üçün heç bir lisenziyasının olmadığı müəyyən edilib.
Hazırda faktla bağlı Tverskaya Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Mərhumun yaxınları ölümün dəqiq səbəbini öyrənmək üçün məhkəmə-tibbi ekspertizasının nəticələrini gözləyirlər.
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR





































