İdman
FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı
Dünya Kuboku biletləri ilə bağlı böyük mübahisə yaranıb.
Publika.az xəbər verir ki, ən bahalı biletləri alan bəzi azarkeşlər gözlədikləri oturacaqlarda otura bilməyəcəklərini aşkar ediblər. Bu vəziyyət turnir başlamazdan əvvəl FIFA-ya qarşı tənqidlərin artmasına səbəb olub.
Kanada, Meksika və ABŞ-da 104 oyunun keçiriləcəyi nəhəng turnir üçün indiyə qədər üç milyondan çox bilet satılıb. Lakin biletlərin oturacaq nömrələrinə çevrilməsi prosesi başlayanda azarkeşlər böyük şokla qarşılaşıblar.
Biletlər dörd fərqli qiymət kateqoriyasında satılırdı və ən çox pul ödəyənlərin, yəni 1-ci kateqoriya sahiblərinin stadionun ən prestijli yerlərində (tribunaların aşağı orta hissələrində və ya premium səviyyə) oturması gözlənilirdi. Lakin tamamilə fərqli vəziyyət yaranıb.
"The Athletic"in paylaşdığı məlumatlara və azarkeş şikayətlərinə görə, qalmaqal olduqca ciddidir. Kateqoriya dəyişikliyi 1-ci kateqoriya üçün yüksək ödəniş edən bir çox azarkeş sistem tərəfindən əvvəlcə daha ucuz 2-ci kateqoriya kimi qeyd olunmuş ərazilərə yerləşdirilib. Stadionun ən yaxşı mənzərəsini görməli olan bu azarkeşlərin bəzilərinə künc bayrağının yaxınlığında və ya qapının arxasında yer verilib.
Mövcud xəritələr göstərir ki, stadionların ən mərkəzi və aşağı hissələri azarkeşlər üçün deyil, VİP qonaqlar və sponsorlar üçün ayrılıb.
Bir azarkeş məyusluğunu bu sözlərlə ifadə edib: "Bir çox insan özünü aldadılmış və məyus hiss edir. Satış başlayandan sonra qaydalarını dəyişdirə bilməzsən. İnsanlar müəyyən bir yerdə oturmaq üçün həmin pulu ödəyirdilər, amma sonra yerlər təyin edildikdə hər şeyin dəyişdiyini gördülər".
Artan reaksiyalara cavab olaraq, FIFA paylaşılan stadion xəritələrini müdafiə edərək, onların qəti bir öhdəlik olmadığını iddia edib: "Bu xəritələr qəti oturacaq düzülüşü deyil, azarkeşlərə kateqoriyaların ümumi əhatə dairəsini başa düşməyə kömək etmək üçün hazırlanmış bir təlimatdır".
FİFA-nın müdafiəsi qəzəbli izdihamı sakitləşdirmək üçün yetərli olmayıb. Rəsmi portal vasitəsilə çoxsaylı şikayətlər daxil olub və bir qrup azarkeşin kollektiv iddia qaldırmağa hazırlaşdığı bildirilir.
Heybət
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB24 May 14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
























.jpg)










