Qəbələdə qəza: ölən və xəsarət alan var - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qəbələdə qəza: ölən və xəsarət alan var - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Böyük Əmili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Oktyabrın 27-də saat 08 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində hərəkətdə olan “VAZ-2115” markalı avtomobil yolun kənarında dayanan “Ford” markalı avtomobilə dəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirilib ki, nəticədə “VAZ”ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini, 35 yaşlı Rusif Kərimov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm