Hadisə
Naxçıvanda hərbi sursatlar aşkarlandı - FOTO
![](https://publika.az/storage/2025/01/11/ooooo.jpg?v1737390653)
Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatlar aşkarlanıb.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 6 ədəd 88 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik top mərmisi, 1 ədəd 60 mm-lik top mərmisi və 1 ədəd 60 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
ABŞ19:51
Trampın andiçmə mərasimi başladı - CANLI
-
Hadisə19:48
Bu gecə ilə bağlı XƏBƏRDARLIQ: altı planet...
-
ABŞ19:36
Bayden Ağ Evdə Trampla görüşdü - Video
-
ABŞ19:12
Maskın rəhbərlik etdiyi nazirliyə qarşı iddia qaldırılacaq
-
MDB19:00
Lavrov və Mirzoyan sabah hansı məsələləri müzakirə edəcəklər?
-
Nida Xəbər 17:40
Fərid Səfərli Azərbaycana qaytarıldı - RƏSMİ/YENİLƏNDİ
-
Dünya17:20
Rusiyadan Ankaraya gözlənilməz xəbər: “Yeni Türkiyə” artıq bu ölkədir
-
Dünya17:10
Türkiyə Rusiya qazından imtina edir: bundan sonra...