Magazin2
Putinin cavanlığını bu aktyor canlandıracaq: "Aman Allah, mən niyə razı oldum?" - FOTO
Britaniyalı aktyor Cud Lou fransız rejissoru Olivye Assayasın “Kreml sehrbazı” filmində Vladimir Putini canlandıracaq.
Publika.az bu barədə "Variety" jurnalına istinadən xəbər verir.
Bildirilir ki, Olivier Assayasın “Kreml sehrbazı” siyasi trillerini idarə edəcəyi 2024-cü ilin əvvəlində məlum olub. Film italyan yazıçısı Giuliano da Empolinin 2022-ci ildə çap olunmuş eyniadlı kitabı əsasında çəkilir.
Film Sovet İttifaqının dağılmasından sonra “perspektivli FSB zabiti” ilə işləməyə başlayan siyasi strateq nöqteyi-nəzərindən Vladimir Putinin siyasi karyerasının başlanğıcından bəhs edir.
Assayas qarşıdan gələn filmi terrorçu İliç Ramirez Sançes haqqında özünün "Karlos" miniserialı və ABŞ-dakı Kuba casusluq şəbəkəsindən bəhs edən “Mayami işi” adlı casus filmi ilə müqayisə edir.
Lou hələ rol üzərində işləməyə başlamadığını söyləyib: “İndi özümü Everestin ətəyində dayanmış kimi hiss edirəm, yuxarı baxıb düşünürəm: "Aman Allah, mən niyə buna razı oldum?"
Filmdə həmçinin Alisiya Vikander, Pol Dano, Zak Qalifianakis və Tom Sturric də çəkiləcək.
Çəkilişlərin yanvarda başlaması planlaşdırılır.
Adəm


-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
































.jpg)





