Dünya
Bu dövlət xəritədən silinir: Sakinlərin təxliyəsi...
Sakit okeanda 11 mindən çox əhalisi olan Tuvalu dövlət statusunu itirmək ərəfəsindədir.
Publika.az Mətbuat.az-a istinadən xəbər verir ki, 9 mərcan adasında yerləşən ölkə iqlim dəyişikliyi səbəbindən su altında qalacaq.
Buna görə də, ölkədən kütləvi miqrasiya baş verəcək. Bildirilir ki, ölkədəki bütün mülklər miras kimi qorunmaq üçün qeydə alınır. Alimlər 2100-cü ilə qədər ölkə ərazisinin 95 faizinin su altında qalacağını proqnozlaşdırırlar. Tuvalu hökuməti ölkənin gözəlliyini, mədəniyyətini və vətəndaşlarının qanuni hüquqlarını gələcək nəsillərə qorumaq üçün “Rəqəmsal Millət” layihəsinə başlayıb. Bu çərçivədə ölkənin binalarından tutmuş təbii gözəlliklərinə qədər hər şey rəqəmsal mühitə köçürülür və “metaverse”də virtual dünya qurulur.
Virtual aləmdə sərhədlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, Tuvalu hökuməti fəaliyyətini davam etdirə bilmək üçün rəqəmsal pasportlar paylayacaq. Bu pasportlar vətəndaşlara seçkilərdə və referendumlarda iştirak etmək və bir çox digər rəsmi əməliyyatları rəqəmsal şəkildə həyata keçirmək imkanı verir.
Tuvaluda torpaqlarını itirdiyi təqdirdə vətəndaşların harada yaşayacağına dair də müqavilə var. Avstraliya-Tuvalu arasında imzalanan müqavilə tuvalulara mərhələli şəkildə Avstraliyaya köçmək imkanı verir. Avstraliya su altında qalacaq tuvaluluları təxliyə etməyi və onlara vətəndaşlıq verməyi təklif edib.
Qeyd edək ki, Tuvalu öz ərazisini itirməklə beynəlxalq hüquqa görə dövlət statusunu da itirə bilər. Beynəlxalq hüquqa görə, dövlət olmağın şərtlərindən biri də müəyyən edilmiş ərazilərin olmasıdır. Hökumət ölkələri iqlim dəyişikliyinə görə ərazisini itirsə belə, Tuvalunu bir dövlət kimi tanımağa çağırır.
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA


















.jpg)


















