Hadisə
Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı RƏSMİ AÇIQLAMA
Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrimizdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
"Xəzər dənizində son iki gündə baş verən ( ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib.
Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.
-
Hadisə20:15
"Azneft" dairəsində avtomobil YANDI: tıxac yarandı - FOTO
-
Kriminal19:30
Bakıdan Dubaya uçmaq istəyərkən saxlanıldı - Rusiya onu axtarırdı
-
Dünya19:00
Türkiyədə daha bir hotel YANIR - VİDEO
-
Dünya18:00
Alimlər şokda: Yerdən 100 min kilometr uzaqda bu səslər eşidildi
-
Sosial17:13
MN-in hərbi qulluqçularının maaşları BU QƏDƏR ARTIRILDI
-
Nida Xəbər 16:57
Samir Şərifova yeni vəzifə verildi
-
Sosial15:02
Yanvarın 29-da Azərbaycanda iş olmayacaq
-
İdman14:36
Özbək Mançesterə gedir, azərbaycanlı isə Şamaxıya qayıdır: - ŞOK SƏBƏBLƏR