Hökməlidə kafe yandı - VİDEO
Bizi izləyin

Hadisə

Hökməlidə kafe yandı - VİDEO

Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşən obyektdə yanğın baş verib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, üçmərtəbəli obyektdəki yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 731 kvadratmetr olan və müxtəlif təyinatlı obyektlərdən ibarət üçmərtəbəli tikilinin üçüncü mərtəbəsində yerləşən kafenin yanar konstruksiyaları 110 kvadratmetr sahədə yanıb.

Tikilinin böyük hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm