Qəbələdə ağır qəza: 1 ölü, 4 yaralı - Yeniləndi
Bizi izləyin

Hadisə

Qəbələdə ağır qəza: 1 ölü, 4 yaralı - Yeniləndi

Qəbələdə iki avtomobilin toqquşduğu qəzadə iştirak edənlərdən birinin sürücülük hüququ olmayıb, qəza ilə bağlı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Ötən gün Qəbələ rayonunun Tövlə kəndinin ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərdən biri - Aqsif Qəriblinin avtomobili idarə etmə hüququ yoxdur və onun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr var.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. İstintaqın nəticəsinə uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Lakin, Baş Dövlət Yol Polisi İdarəsi bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.

XXX

Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dördü xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə yanvarın 31-də axşam saatlarında rayonun Tövlə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2101” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ-2106”da olan sərnişin, 1958-ci il təvəllüdlü Ehsan Kərimov hadisə yerində ölüb, digər sərnişin, 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü, 56 yaşlı Emin Muşdaqov, digər avtomobilin sürücüsü, 30 yaşlı Ağasif Qəribli və sərnişini, 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm