Hadisə
Dumanlı hava şəraiti dəhşətli qəzaya səbəb oldu: ölən və xəsarət alanlar var
Masallıda minik və yük avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistralının Masallı rayonunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1953-cü il təvəllüdlü Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi, eyni istiqamətdə hərəkətdə olan ağırtonnajlı (TIR) yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər – Sütəmurdov kənd sakinləri; 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.
-
Hadisə16:50
TƏBİB ağır yol qəzasında xəsarət alanların durumunu açıqladı
-
MDB16:00
Həmin ailənin beşinci övladı da öldü - Ana və ata qatildir?
-
Hadisə15:50
Azərbaycanda dördüncü kurs tələbəsi qəfil vəfat etdi - Foto
-
Nida Xəbər 14:50
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
-
Hadisə14:40
Xəzərdə zəlzələ oldu
-
ABŞ14:20
ABŞ xəzinədarlığı fırıldaqçılara və terrorçulara ödəniş edib - Mask
-
Sosial11:50
“Keşlə bazarı” belə sökülür - VİDEO
-
Hadisə11:35
Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti aşkarlandı - FOTO