Qusarda əməliyyat zamanı terrorçu qruplaşmanın sığınacaqları aşkarlandı
Bizi izləyin

Hadisə

Qusarda əməliyyat zamanı terrorçu qruplaşmanın sığınacaqları aşkarlandı

Qusarda “Meşə qardaşları" adlı terror qruplaşmasına qarşı keçirilən tədbirlər nəticəsində rayonun Cibir kəndi yaxınlığında sığınacaqlar və saxlanc yerləri aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməliyyatla bağlı yaydığı birgə məlumatda deyilir:

“Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar”.

Məlumatda vurğulanıb ki, aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm