Dünya
Qaqauziya lideri Türkiyədən qayıdarkən saxlanıldı
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Yevgeniya Qutsul Türkiyədən qayıdarkən Kişinyov hava limanında saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat yayıb.
Qaqauziya administrasiyasının mətbuat sözçüsü Qutsulun hava limanında Moldova polisi tərəfindən sorğu-sual edildikdən sonra sərbəst buraxıldığını bildirib. Lakin onun əlavə dindirilməsinin səbəbləri ilə bağlı heç bir məlumat verilməyib.
Qeyd edək ki, Moldovanın cənubunda yerləşən Qaqauziya Rusiya ilə yaxınlaşmanın tərəfdarı olduğu halda, mərkəzi hökumət Avropa ilə inteqrasiya siyasəti yürüdür. Bu səbəbdən Kişinyov Qaqauziyaya qarşı repressiv siyasət həyata keçirməklə regionun imkanlarını məhdudlaşdırmağa çalışır.
2023-cü ilin yazında Qaqauziyada keçirilən seçkiləri "Şor" Partiyasının namizədi Qutsul qazanıb. Seçkilərdən sonra Moldova mərkəzi hökuməti bölgəyə təzyiqlər etməyə başlayıb.
Roza
-
Rəsmi xronika15:19
Prezidentdən Polad Bülbüloğlu ilə bağlı sərəncam
-
Sosial14:20
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... - ŞOK TƏFƏRRÜAT
-
Region13:20
İrəvan metrosunda insident: Ermənistanı qorxuya salan 5 nəfər əcnəbi sərhəddə saxlanıldı
-
Nida Xəbər 12:59
Milli Məclisdə skandal: Spiker deputata irad bildirdi
-
Dünya12:08
Suriya Türkiyədən kömək istədi: Ərdoğan 50 ədəd "F-16" göndərir
-
Hadisə11:32
DTX və DİN 8 nəfəri belə məhv etdi - VİDEO
-
ABŞ11:00
Bu təşkilat dəli radikallar tərəfindən idarə olunurdu - Trampdan sensasion iddia
-
MDB10:48
İngiltərəli muzdlu Ukrayna müharibəsində öldürüldü: Cəmisi 18 yaşı vardı