Hadisə
Bu nazirlikdə əməliyyat: Vəzifəli şəxslər həbs olundu
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələrin təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət etmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
-
Magazin206:16“Koçari” sevgilisindən ayrıldı - VİDEO
-
Sağlamlıq04:44Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Belə hərəkət böyük uğurlar gətirəcək
-
Nəqliyyat21 May 23:50Tbilisi qatarına ilk bileti o aldı - Vağzalda növbə var
-
Magazin121 May 23:40“Gülləri mən yox, siz gətirməliydiniz" - VİDEO
-
Magazin221 May 22:26Smartfonsuz yaşayan məşhur rejissor - Onun üçün həyat necə davam edir?
-
İdman21 May 21:36Kabab bişirirmiş, oğlu alaya-ağlaya gəlib deyib ki…
-
Art21 May 21:24Avropa bu süfrədən danışır: Saniyəölçən yox, təcrübə lazımdır - VİDEO










.jpg)

























