Yaxın Şərq
Fars körfəzində iki gəmi yoxa çıxdı
Fars körfəzi akvatoriyasında Boliviya bayrağı altında üzən iki gəmi itkin düşüb.
Publika.az INA-ya istinadl xəbər verir ki, bu barədə İraqın Dəniz Limanları Baş Şirkəti məlumat yayıb.
Qurum onlarla əlaqəni itirib, bununla belə İraq dəniz limanlarının ixtisaslaşdırılmış xidmətləri onlardan hər hansı yardım siqnalı qeydə almayıb.
"Dəniz idarəsi, eləcə də İraqın ərazi sularında fəaliyyət göstərən ixtisaslaşdırılmış axtarış və xilasetmə mərkəzləri Boliviya bayrağı altında üzən iki gəmidən heç bir müraciət və ya yardım siqnalı qeydə almayıb, eyni zamanda, həmin gəmilər İraqın ərazi sularına daxil olmayıb", - şirkətin rəsmi bəyanatında bildirilib.
Dəqiqləşdirilib ki, onlar tərəfindən Fars körfəzi zonasındakı bir sıra limanların təhlükəsizlik xidmətlərindən, eləcə də hər iki gəminin sahiblərindən hər hansı mövcud məlumatın təqdim edilməsi sorğusu ilə müraciətlər alınıb.
İraq şirkəti həmçinin qeyd edib ki, adıçəkilən gəmilərin hazırkı yeri haqqında məlumata malik deyil, lakin region dövlətlərinin axtarış-xilasetmə xidmətləri ilə koordinasiyalı şəkildə monitorinq tədbirlərini davam etdirmək niyyətindədir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO



































