Hadisə
Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var - YENİLƏNDİ
Ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.
Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.
Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
***
Şamaxıda mikroavtobus qəzaya uğrayıb.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Şamaxı - Çöl Göylər - Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb.
Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.
Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
















.jpg)




.jpg)




.png)




