Hadisə
Əri ilə dalaşandan sonra zəhər içib... - Rəsmi AÇIQLAMA
Baş Prokurorluq Qazax rayonunun Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciətinə cavab verib.
Publika.az-a daxil olan məlumatda bildirilir ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub. Hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb.
Araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içdiyi, daha sonra bıçaqla xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib.
Qeyd olunan fakt həmin vaxt orada olmuş zərərçəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb.
Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət Qazax rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız hesab olunub, qərar qüvvədə saxlanılıb.
"Bir daha media qurumlarından xahiş olunur ki, məlumat və müraciətlərin ictimaiyyətə təqdim edilməsindən əvvəl onların rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməsinə diqqət yetirilsin" - deyə məlumatda bildirilir.
-
Dünya02:18ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi - Nə baş verir?
-
Ekologiya00:41Normadan artıq yağış bəlası: Mart ayında hansı ölkələrdə subasma oldu? - Video
-
Dünya27 Mart 23:15Əraqçi İsraili hədələdi
-
Region27 Mart 23:00İrana zərbə - Ermənilər də ilk itkilərini verdilər
-
İdman27 Mart 21:13Millimiz tarixinin ən böyükhesablı qələbəsini qazandı - Video
-
Nida Xəbər 27 Mart 19:00Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? - Siyahı
-
Ekologiya27 Mart 18:36Yağışlı hava nə vaxta kimi davam edəcək?
-
Rəsmi xronika27 Mart 17:35Prezident bu teatrın kollektivini təbrik etdi

















.jpg)



















