Hadisə
Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü

Daşkəsən rayonunda kişi evə gec gələn arvadını döyüb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Zağalı kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü Seymur Əliyevin həyat yoldaşının qohumları onlara qonaq gəlib. Səhəri gün qohumlar şəhərə gəzməyə getmək istədiyini deyiblər. S.Əliyevin işi olduğu üçün o, həyat yoldaşının onlarla gəzməyə getməsinə icazə verib. S.Əliyev özü isə şəxsi işlərinin arxasınca gedib.
Axşam saatlarında sərxoş vəziyyətdə evə qayıdan S.Əliyev həyat yoldaşını və qonaqları evə qayıtmadığını görüb, onlara zəng vurub. O, həyat yoldaşından evin açarlarının yerini soruşub. Həyat yoldaşı evin açarlarının yerini desə də, S.Əliyev açarları tapmayıb və onları gözləyib.
Qadın evə gəlib və açarları dediyi yerdən götürüb qapını açıb. Evə daxil olan cütlük arasında mübahisə başlayıb. Mübahisə nəticəsində S.Əliyev həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.
Qadın hadisə ilə bağlı polis əməkdaşlarına müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanıb.
Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə S.Əliyevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.

-
Hadisə09:00
Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü
-
Sağlamlıq08:36
Çox arıq olmaq artıq çəkidən daha TƏHLÜKƏLİDİR
-
MDB08:24
Qazaxıstan ən uzun dəvə karvanı üzrə rekord qırdı - VİDEO
-
Avropa08:12
Almaniyada göbələk yığan şəxs casusluqda ittiham olunur
-
Magazin206:16
Mahnımızı oxuyub Bakıda böyüyən aktrisanı ağladan kimdir? - VİDEO
-
Magazin103:13
Ağadadaş Ağayev imicini dəyişdi - VİDEO
-
Magazin202:12
"Intervision 2025"in qalibi bu ölkə oldu
-
İdman01:11
Ronaldo 944-cü və 945-ci qollara İMZA ATDI