Polkovnik-leytenantın dəfn yeri məlum oldu - YENİLƏNDİ
Bizi izləyin

Sosial

Polkovnik-leytenantın dəfn yeri məlum oldu - YENİLƏNDİ

Şəmistan Nəzirlinin dəfn yeri məlum olub.

Publika.az xəbər verir ki, polkovnik-leytenant, hərbi jurnalist Şəmistan Nəzirli ilə vida mərasimi sabah saat 13:00-da evində keçiriləcək.

Daha sonra Ş.Nəzirli Bülbülə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, o, bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil dünyasını dəyişib.

xxx

14:10

Azərbaycan hərb tarixinə ağır itki üz verib.

Publika.az xəbər verir ki, Azərbaycan hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, "Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant Şəmistan Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.

Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır.

"Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqları təşkil olunur. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək. (Oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm