Hadisə
FHN Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində təlim keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya müəssisəsində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Bu haqda Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən müəssisənin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Daha sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra yanğınsöndürənlər operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş müəssisədə təxliyə planına uyğun olaraq, işçi və benefisiarların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Tədbirdə müəssisənin benefisiarlarına sovqatlar təqdim olunub.












-
Hadisə20:24
İsmayıllıdan ÜZÜCÜ XƏBƏR - Ölən var
-
Nəqliyyat18:36
Bu qəsəbələrdə yaşayanlara ŞAD XƏBƏR - Yeni marşrut avtobusu fəaliyyətə başlayır
-
Nida Xəbər 17:36
BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başladı
-
Region16:08
Türkiyədə ağır qəza: 18 rusiyalı xəstəxanaya yerləşdirilib
-
Cənubi Qafqaz15:40
Paşinyan Ermənistan konstitusiyasını tənqid etdi: “Hamı ona nifrət edir”
-
Kriminal14:34
Adnan Əhmədzadənin vəkili dövlət qurumunda işləyirmiş? - FOTO
-
Dünya12:30
Polis Makronun maşınını saxladı: Trampa zəng edib görün nə dedi - VİDEO
-
Magazin211:53
Kardaşyan bütün sirrini açdı: Ombasını formada saxlamaq üçün hər gün bir saat... - FOTOLAR