Bakı-Şamaxı yolunda təkər partlaması faciəyə səbəb oldu
Bizi izləyin

Hadisə

Bakı-Şamaxı yolunda təkər partlaması faciəyə səbəb oldu

Oktyabrın 5-də səhər saat 06:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a bildirilib ki, ilkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub.

Hadisə nəticəsində piyada xəsarət alıb.

Qeyd edək ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm