“Barselona” ən bahalı futbolçulardan birini alır
Bizi izləyin

İdman

“Barselona” ən bahalı futbolçulardan birini alır

“Barselona” “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandla ciddi maraqlanır.

Publika.az xəbər verir ki, bu iddia ilə “El Nacional” çıxış edib.

Mənbənin məlumatına görə, klub prezidenti Joan Laporta heyəti gücləndirmək niyyətindədir və 24 yaşlı hücumçunu transfer etməyi düşünür. Təxminən 125 milyon avro dəyərində qiymətləndirilən transferi maliyyələşdirmək üçün rəhbərlik Ronald Arauxo başda olmaqla bir neçə oyunçu ilə ayrılmağa hazırdır. Dani Olmo və Fermin Lopes də potensial olaraq satışa çıxarılır.

Bu mövsüm Haaland klubu üçün bütün turnirlərdə səkkiz oyun keçirib, 11 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt onu 180 milyon avro qiymətləndirir. Yalnız Lamin Camal 200 milyon avro ilə norveçlidən daha dəyərlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm