Nida Xəbər
Qubadlı 5 ildir azaddır
Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür.
Publika.az xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
-
Qoroskop00:35Günün ulduz falı: kiçik sürprizlər sizi təəccübləndirəcək
-
Magazin124 Oktyabr 22:58Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi
-
Hadisə24 Oktyabr 20:48Erkən nikahın qarşısı alındı - Neftçalada
-
Nida Xəbər 24 Oktyabr 19:00Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
-
Rəsmi xronika24 Oktyabr 17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 24 Oktyabr 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya24 Oktyabr 15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin124 Oktyabr 13:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov










.jpg)
.jpg)

.jpg)







.webp)











