Hadisə
Bakıda avtomobildə partlayış: Xəsarət alan var
Bakıda avtomobildə partlayış olub.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
-
Sosial13:26DİN-ə yeni səlahiyyət verildi
-
MDB12:42Rusiyada güclü partlayış: Ölü sayı artdı, matəm elan edildi - Video/Yeniləndi
-
İdman11:55Elvin Cəfərquliyev Qurban Qurbanovu özündən çıxardı: Belə reaksiya görməmişdiz - VİDEO
-
Sosial11:52Azərbaycanda pensiya məbləği artırılır - Bu qədər olacaq
-
Avropa10:44Restoranlardan 1100-dən çox stul oğurlayan dəstə saxlanıldı: Görün harada satıblar
-
Tarix10:26Türkləri uludan da ulu edəcək KƏŞF: Tarix yenidən YAZILA BİLƏR
-
Region10:08Ermənistanda Ağrı dağından reklam kimi istifadə olunması qadağan edilir: Nə baş verəcək?
-
MDB09:32Rusiya ordusu ərəblərlə toqquşdu: Əsir götürülənlər var





































