Tanınmış vəkilin saxlanılmasına səbəb olan insidentin görüntüsü yayıldı - VİDEO
Bizi izləyin

Hadisə

Tanınmış vəkilin saxlanılmasına səbəb olan insidentin görüntüsü yayıldı - VİDEO

Xəbər verdiyimiz kimi dünən Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanov həbs edilib.

Publika.az xəbər verir ki, mediada vəkilin saxlanılmasına səbəb olan görüntülər yayılıb.

Zabil Qəhrəmanov Göygöldə avtoyuma məntəqəsinin işçisini döyməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi ilə cinayət işi açılıb. Onun bu gün ərzində hakim qarşısına çıxarılacağı gözlənilir.

Xatırladaq ki, vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.

Qeyd edək ki, oktyabrın 9-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm