ABŞ
Tramp: "Rusiyaya qarşı güclü sanksiyalar tətbiq etdik!"
ABŞ prezidenti Donald Tramp diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, o, Asiyaya uçan zaman təyyarədə jurnalistlərə deyib ki, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar olduqca güclü sanksiyalardır. Bu açıqlama Ağ Evin veb saytında canlı yayımlanıb.
"Biz Rusiyaya qarşı çox əhəmiyyətli sanksiyalar tətbiq etdik və düşünürəm ki, onlar çox güclü sanksiyalardır", - deyə o bildirib.
Amerika lideri onu da əlavə edib ki, sanksiyalar öz təsirini göstərəcək. O, Rusiya prezidenti Vladimir Putinin yeni məhdudiyyət tədbirlərinin ölkəyə heç bir təsiri olmayacağı ilə bağlı iddiası ilə razılaşmayıb.
Xatırladaq ki, ABŞ oktyabrın 23-də Rusiyanın neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ-ın Rusiya əleyhinə olan yeni sanksiyaları məşhur neft istehsalçıları olan "Rosneft" və "Lukoil" şirkətlərini əhatə edəcək.
Tural
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





