Avropa
Şok faktlar aşkarlandı: Narkotiki ədviyyat və şirələrə vururlarmış...
Almaniyanın Federal Cinayət Polisi İdarəsinin (BKA) rəhbəri Holger Münx diqqət çəkən açıqlamalar verib.
Publika.az "Bild"ə istinadən xəbər verir ki, o, mütəşəkkil cinayətkar qrupların Avropada narkotik ticarəti üsullarını getdikcə daha da təkmilləşdirdiklərini deyib. Narkotik satıcıları artıq ədviyyatlara və şirələrə kokain əlavə edirlər.
"Cinayətkarlar "novatorlar"dılar və bəzən nəhəng maliyyə resurslarından qaçaqmalçılıq metodlarını sistemə uyğunlaşdırmaq üçün çevik şəkildə istifadə edə bilərlər... Son illərdə bir tendensiya müşahidə edirik: mütəşəkkil cinayətkar qruplar müəyyən kimyəvi proseslərdən yararlanaraq Cənubi Amerikadan Avropaya göndərilən ədviyyat, şirələr və ya plastik kimi qanuni ixrac mallarına kokain əlavə edirlər",- o, deyib.
Münx mütəşəkkil cinayətkarlıqla bağlı təqdimatında onu da bildirib ki, bu cür üsulla göndərilən kokaini aşkar etmək mümkün olmur. Çünki mallar hava limanı və ya dəniz limanı təhlükəsizlik məntəqəsindən keçdikdən sonra qanunsuz laboratoriyalara çıxarılır və yenidən emal olunurlar. Bundan əlavə, BKA rəhbəri qeyd edib ki, qaçaqmalçılar narkotik maddələri dəniz yolu ilə daşımaq üçün getdikcə daha çox mini-sualtı qayıqlardan və yüksək sürətli qayıqlardan istifadə edirlər.
Tural
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
















.jpg)





















