İqtisadi gündəm
Məşhur restoran şəbəkəsi bağlanır?
“Pakdad 2008” və “Coffee Service” MMC-lər ləğv olunduğunu elan edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, şirkətlərin hər ikisi Şöhrət Babaşov Adışirin oğluna məxsusdur.
“PAKDAD 2008” MMC 2020-ci, “Coffee Service” MMC isə 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətlərin nizamnamə kapitalları müvafiq olaraq 10 manat və 12 manatdır.
Şöhrət Babaşovun digər bir şirkəti "Hacıqabul Quşçuluq" MMC isə cari ilin iyul ayında ləğv edilib.
Qeyd edək ki, iş adamı paytaxtın tanınmış restoranlar şəbəkəsinin sahibidir. Belə ki, “Pak Dad Group” brendi adı altında 4 “Pakdad” restoranı, “Manqal”, “Express Steak”, “Kükü”, “Nargilə”, “Kabab Dünyası”, 7 fastfud və “BalBadəm” şirniyyat evləri ona məxsusdur.
Şöhrət Babaşova daha əvvəl əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında AKT-a əsasən 3000 manat maliyyə sanksiyası tətbiq edilib.
Eyni zamanda, fiziki şəxs vergi qanunvericiliyinin pozulmasına görə əlavə 31 halda ümumilikdə 1240 manat dəyərində cərimə edilib.
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli








.jpg)




























