Hadisə
Salyandakı ağır qəzanın görüntüləri yayıldı - FOTOLAR
Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə saat 10 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı "Changan" və "Kia" markalı avtomobillər toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri cəlb olunub. Onlar zərərçəkənlərin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən çıxarılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər.
Qəza nəticəsində xəsarət alanlar Xədicə Sadıqova, Babək Alxanov, Saməddin Bayramov, Mahir Bayramov və Şamxal Mayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, yaralılara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
-
Magazin217:06Məşhur aktrisa kosmetoloqun səhvinə görə 1 milyon xərcə düşdü
-
Magazin216:00Sərxoş halda olan məşhur aktrisa hava limanında ağır travma aldı
-
Magazin214:48Məşhur model elə intim şəkillərini paylaşdı ki... - FOTOLAR
-
Ekologiya13:15Sabaha olan hava proqnozu açıqlandı
-
Hadisə12:10İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı vəfat etdi
-
İdman11:08Yamalın sevgilisi soyundu - FOTOLAR
-
MDB10:46Putin dünyaya ölkəsinin nüvə gücünü belə xatırlatdı - VİDEO
-
Sağlamlıq09:54Məşhur həkim ən xeyirli çərəzlər haqqında elə şeylər açıqladı ki...

















.jpg)
















