“Real”ın ulduzu Yamalla danışmaq istəyir
Bizi izləyin

İdman

“Real”ın ulduzu Yamalla danışmaq istəyir

“Real” və İspaniya millisinin müdafiəçisi Dani Karvaxal “Barselona”nın vingeri Lamina Yamalın “El-Klasiko”dan əvvəl qalmaqallı sözləri ilə bağlı onunla danışmaq niyyətindədir.

Publika.az xəbər verir ki, 18 yaşlı cinah hücumçu Krallar Liqasındaki canlı yayımlarından birində belə deyib: “Onlar (“Real”) oğurlayır, şikayətlənirlər… əlbəttə ki, bəli. Son dəfə “Bernabeu”da olanda 0:4 hesabı ilə qalib gəlmişdik”.

Bu sözlər zarafatla deyilsə də, “Real”ın paltardəyişmə otağında narazılıq yaradıb. “Marca” nəşrinin məlumatına görə, Yamalın ifadələri futbolçular arasında “ciddi narahatlıq” doğurub. Onlar hesab edir ki, bu, peşə prinsiplərinə hörmətsizlikdir.

“Madrid futbolçuları bu sözləri matç üçün motivasiya kimi istifadə etməyə hazırlaşır, Karvaxal isə İspaniya millisindəki komanda yoldaşı olan Yamal ilə oyundan sonra danışmağı planlaşdırır”, – deyə “Mundo Deportivo” bildirib.

“Real” düşərgəsində belə şərhlərin milli komandanın ab-havasına mənfi təsir göstərə biləcəyindən ehtiyat edilir. “Barselona”nın sabiq müdafiəçisi Jerar Pike isə Yamalı müdafiə edib: “Lamin necədirsə, elə də qəbul edin. 18 yaşda heç kim mükəmməl deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm