Gədəbəydə dağlıq ərazi yanır - VİDEO
Bizi izləyin

Hadisə

Gədəbəydə dağlıq ərazi yanır - VİDEO

Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazi yanır.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.

Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm