Hadisə
Əmi 12 və 14 yaşlı qardaşı uşaqlarını baltaladı - TƏFƏRRÜAT/YENİLƏNDİ
Cəlilabadda baş verən baltalanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı əmiləri tərəfindən öz evlərinin həyətində balta ilə xəsarət alıblar.
İlkin məlumatlara əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxs dörd dəfə məhkumluq həyatı yaşayıb. Eyni zamanda bildirilir ki, o, hadisəni törədərkən sərxoş vəziyyətdə olub.
***
Cəlilabadda əmi 12 və 14 yaşlı qardaşı qızı və oğlunu baltalayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Kənd sakini şəxsi münasibətlər zəminində yaxın qohumlarına hücum edib. İlkin məlumata əsasən, o, 12 və 14 yaşlı qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.
Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onların vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Dağıstandan yenicə qayıdıb və əvvəllər məhkumluq həyatı yaşayıb.
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto







.jpg)










.jpg)



















