Hadisə
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın anbaan görüntüləri
Gürcüstanın Qardabani rayonunda 7 gəncin həyatını itirdiyi ağır qəza ilə bağlı yeni detallar məlum olub.
Publika.az Aktual.ge-yə istinadən xəbər verir ki, yerli sakinlər həlak olanların, demək olar ki, eyni yaşda - 18 yaşlı gənclər olduğunu bildiriblər.
“Qəza evimin yaxınlığında baş verdi. Onlar mənim qonşularım idi. Hamısı yaxşı, tərbiyəli gənclər idi. Yüksək sürətlə hərəkət edirdilər və buna görə belə oldu. Demək olar, hamısı yaşıd idi - 18 yaşlılar. Birlikdə məşq edirdilər. Onlardan biri mənim övladıma boks öyrədirdi. Həlak olanlardan 2-si qardaş idi”, - yerli sakin deyib.
Qeyd edək ki, qəza bu gün səhər saatlarında baş verib. Nəticədə, 7 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsi ilə aparılır. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da iki və ya daha çox şəxsin ölümünə səbəb olma ilə bağlıdır.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar




































