Hadisə
Gəncədə partlayış: yaralıların son durumu açıqlandı
Bu gün saat 17:00 radələrində Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Publika.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
Gəncədə quyu qazılan zaman partlayış baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib. Qeyd edək ki, xəsarət alan şəxslər fəhlələrdir.
Dahas sonra partlayışın bəzi təfərrüatları məlum olub. Məhsəti qəsəbəsində baş hadisə zamanı həmin şəxslər fərdi evlərdən birində kanalizasiya quyusu qazırlarmış. Qazıntı işləri aparılan ərazidən qaz xətti keçib.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi






.jpg)




.jpg)
























