Hadisə
Məktəbdə qətliam törədən transgender imiş
Kanadada məktəbdə baş verən və bir neçə nəfərin ölümü ilə nəticələnən atışma 18 yaşlı transgender tərəfindən törədilib.
Publika.az xəbər verir ki, bu barədə polis komandiri Dueyn Makdonald bildirib.
"Şübhəlinin 18 yaşlı Cessi adlı bir qız olduğu müəyyən edilib", - deyə o, mətbuat konfransında bildirib və əlavə edib ki, Cessi bioloji olaraq kişi doğulub.
Makdonald həmçinin şübhəlinin ruhi sağlamlıq problemləri olduğunu bildirib, lakin təfərrüatlar barədə məlumat verməyib. Bildirib ki, motiv hələlik məlum deyil.
Xatırladaq ki, fevralın 11-də Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətinin Tambler Ridj şəhərindəki orta məktəbdə atışma baş verib, nəticədə 10 nəfər ölüb. 20-dən çox insan yaralanıb. Təxminən 100 şagird məktəbdən təxliyə edilib.
Bildirilir ki, hadisəni törədən Cessi də ölənlər arasındadır. Onun intihar etdiyi qeyd olunur.
Adəm
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək























.jpg)













