Nida Xəbər
Şermanı da Menendesin taleyi gözləyir - Deputat
“ABŞ Konqresində ermənilərə lobbiçilik edən konqresmenlər vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmin konqresmenlərin ABŞ-dakı erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması hər kəsə məlumdur. Bugünlərdə isə Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli, qeyri-obyektiv sənəd bu “prosesin” davamıdır”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi ABŞ-dakı erməni havadarlarına hələ də rahatlıq vermir. Əks halda, ABŞ kimi özünü demokratiyanın və insan haqlarının beşiyi hesab edən ölkənin qanunvericiləri bu cür beynəlxalq hüquqazidd addımlar atmazdılar. Əslində, bu, konqresmenlərin ölkəmizə qarşı ilk qərəzi deyil. Əvvəllər də, xüsusilə Bayden administrasiyası dövründə ermənipərəst konqresmenlər Azərbaycanın əleyhinə müxtəlif layihələri icra etməyə çalışıblar, müxtəlif dinləmələr və s. tədbirlər təşkil ediblər.
Millət vəkilinin sözlərinə görə, iyulun 22-də qəbul olunmuş layihənin müəllifi olan konqresmen Bred Şermanın erməni lobbi qrupları ilə bağlılığı məlumdur. O, keçmiş konqresmen, ermənipərəst mövqeyi ilə tanınan korrupsioner Robert Menendesin siyasi xəttinin davamçısıdır. Belə davam edərsə, yəqin ki, Şermanı da Menendesin taleyi gözləyir. “Ermənipərəst konqresmenlərin belə addımları ABŞ-ın dövlət maraqlarına cavab vermir. Hazırda rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülhün təmin olunmasına maraqlı olduğunu nəzərə alsaq, konqresmenlərin ölkəmizə qərəzli yanaşması Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətindəki təşəbbüslərinə ciddi zərbə vurur. Məlumdur ki, məhz ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan sülh yolunda irəliyə doğru vacib addımlar atıblar. Həmin vaxtdan sonra faktiki olaraq regionda sülh mövcuddur və tərəflər qarşılıqlı etimad tədbirləri həyata keçirirlər. Belə olan halda, Konqresdə belə bir layihənin qəbul olunması yolverilməzdir”,-deyən Samir Vəliyev əlavə edib ki, “sənəddə” adı çəkilən ermənilər hərbi əsir və ya siyasi məhbus deyil, müharibə cinayətləri törətmiş, separatizmlə məşğul olmuş canilərdir.
Məsələ ilə bağlı Milli Məclisin açıqlamasında vurğulandığı kimi, həmin “düzəlişdə” Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində “hərbi əsirlər” və “siyasi məhbuslar” kimi terminlərin işlədilməsi xüsusilə hiddət doğurur. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb ediliblər. Onları siyasi təqibin qurbanları kimi qələmə vermək cəhdləri faktların bilərəkdən təhrif edilməsidir və müstəqil dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa müdaxilədir. Konqresmenlərin belə mövqeyi isə yalnız erməni lobbisinin radikal şovinist dairələrinin maraqlarına xidmət edir.
“Sözügedən layihənin qüvvəyə minməsi üçün ABŞ Nümayəndələr Palatası və Senat tərəfindən də təsdiqlənməlidir. Ümid edirik ki, belə hal baş verməyəcək. Hazırda Azərbaycan Cənubi Qafqazda ABŞ-ın əsas streteji tərəfdaşıdır. Bu il ərzində baş tutmuş qarşılıqlı yüksək səviyyəli səfərlər, imzalanan sənədlər bunun göstəricisidir. Konqresmenlər erməni diasporunun maliyyəsinin əsiri olmamalı, fəaliyyətlərində beynəlxalq hüquq normalarını rəhbər tutmalıdırlar”,-deyə deputat vurğulayıb.
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa26 Avqust 14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman26 Avqust 13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək






.jpg)








.webp)



















.jpg)
.jpg)
