Hadisə
Azərbaycan–İran sərhədində silahlı atışma oldu
Fevral ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə 4 (dörd) nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilməsi müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb, üzərilərindəki bağlamaları atıb havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 (üç) ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.
Fakt üzrə əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.
-
Hadisə21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi














.jpg)
























