Hadisə
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı
Bakının Səbail rayonunda üç nəfər şəxsin qeyri-etik sorğular keçirməsi məlum olub.
Publika.az xəbər verir ki, Səbail rayonu, Nizami küçəsi ərazisində, “Tarqovı” adlanan ərazidə 3 nəfər şəxsin video çəkiliş vasitəsilə ictimaiyyət arasında qeyri-etik sorğular keçirməsi, cəmiyyətə açıq hörmətsizlik etdiyi müəyyən olunub.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Həmin şəxslərdən biri Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü B. M. bildirib ki, 5 ilə yaxındır “YouTube” sosial şəbəkəsində video çəkərək paylaşır. Onun sözlərinə görə, 3 aya yaxındır Azərbaycanda əyləncə tipli konseptlər çəkərək sosial şəbəkədə paylaşmaqla məşğuldur.
O bildirib ki, səhifəsi üçün bəzi qeyri-etik video reportajlar çəkdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edilib. Törətdiyi əmələ görə peşman olduğunu bildirib.
“Videogörüntülərdə olan şəxslərə pulların verilməsi real hadisə deyil. Əvvəlcədən razılaşdırılmış modellər bu videoçəkilişlərdə iştirak edir və onlar üçün də bu reklam kimi hesab olunur və tanınırlar, - deyə təqsirli bilinən şəxs deyib.
Səbal Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs təqsirli bilinib və 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Digər şəxslər də inzibati məsuliyyətə cəlb olunublar.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı

















.jpg)

.jpg)















.jpg)