Dünya
Keçmiş porno aktrisa senator oldu - FOTO
Keçmiş porno aktrisa, jurnalist və ictimai fəal Alexandra Omanya Kolumbiya senatoru vəzifəsinin icrasına başlayıb.
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Bu gün mən Respublika senatoruyam və bu şərəfi mənimlə birlikdə bölüşən hər kəsə, Vilya-del-Rosarioda paramilitarçılar tərəfindən öldürülənlərə, cəsədləri Xuan-Frio krematoriyalarında yandırılan bütün qurbanlara həsr etmək istəyirəm", – deyə senator yazıb.
Omanya Kolumbiya Prezidenti Qustavo Petronun "Tarixi Pakt" koalisiyasından senator seçilib. Seçkiqabağı kampaniyası zamanı o, qadınların hüquqlarının müdafiəsi, sosial bərabərsizliklə mübarizə, səhiyyə və təhsil sisteminin inkişafı istiqamətində çıxış edib.
Siyasətə gəlməzdən əvvəl Alexandra Omanya "Amaranta Henk" təxəllüsü ilə porno aktrisa kimi tanınıb. Bundan sonra o, jurnalistika ilə məşğul olmağa başlayıb. Xüsusilə, senator silahlı münaqişə problemlərini, qadınların vəziyyətini və insan hüquqlarının pozulmasını işıqlandırıb.
Omanyanın sözlərinə görə, keçmiş təcrübəsi ona bərabərsizlik problemlərini və azadlığın müdafiəsi məsələlərini daha yaxşı başa düşməyə kömək edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev
-
MDB14:12Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO











.jpg)













.webp)











