Hadisə
Şamaxıda növbəti dəfə zəlzələ oldu - Yeniləndi
Şamaxıda daha bir zəlzələ qeydə alınıb.
Publika.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Təkanlar yerli vaxtla saat 08.31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə olub.
13 km dərinlikdə yerləşən zəlzələ ocağının maqnitudası 3 olub, təkanlar hiss edilməyib.
07:35
Şamaxıda son iki gün ərzində yeddinci zəlzələ olub. Bu dəfə Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb.
***
Şamaxı rayonu ərazisində iki gün ərzində altıncı dəfə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,6 olan iki zəlzələ yerli vaxtla saat 02:01 və 03:38-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, hər iki yeraltı təkanlar Pirqulu stansiyasından 23 km cənub-qərbdə baş verən zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
Fevralın 28-də Şamaxı rayonunda növbəti yeraltı təkanlar olub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 00:36-da qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 8 kilometr olub və hiss edilməyib.
***
Fevralın 27-də Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Publika.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.
9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, bu gün Şamaxıda 4.7 və 3.3 bal gücündə olmaqla iki zəlzələ baş verib.
-
Hadisə21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi













.jpg)
























