Hadisə
“KamAZ” marşrut avtobusuna çırpıldı: 13 nəfər xəsarət aldı - FOTO/YENİLƏNDİ
Abşeron rayonunun Hökməli qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 12-14 kilometrliyində qeyd alınıb.
Yük maşını sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində dayanacaqda olan 13 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. İlkin məlumata görə ölən yoxdur.
xxx
Bu gün saat 07:30 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində “KamAZ” markalı yük maşını qəza törədib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ağırtonnajlı yük maşını idarəetmədən çıxaraq dayanacaqda olan və 114 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.
Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.
114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, qəza yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib:
“Sürücü B.Yusibovun idarə etdiyi “Daewoo” markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır”.


-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir







































